AzTV sosial şəbəkədə yeni rubrikaya başladı: “Danışır...”
Müxtəlif sahələrdə tanınmış şəxslər “Danışır...”da qonaq olur və tamaşaçılarla səmimi söhbət edir.
Bu vaxta kimi teleaparıcı Nərgiz Cəlilova, aktyor Taleh Yüzbəyov, Xalq artisti Fidan Hacıyeva sosial şəbəkədəki canlı yayım zamanı sevənlərinin suallarını cavablandırıb. Layihə sosial şəbəkədə kifayət qədər maraqla qarşılanıb.
Rubrikanın növbəti qonağı tanınmış tarixçi, Azərbaycan Televiziyasındakı “Əsrlər, nəsillər” layihəsinin müəllifi və aparıcısı Fuad Axundov olacaq. İzləycilər onları maraqlandıran sualları elə indidən postun altında yaza bilərlər:
Qeyd edək ki, F.Axundov 1993-cü ildən 2006-cı ilə qədər İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı, polis baş leytenantı olub. O, Bakı ilə bağlı maraqlı tarixi layihələrin müəllifi kimi tanınır.
Azvision.az