Rəmişin vəziyyəti nisbətən stabilləşib - Açıqlama
Qeyd olunub ki, o, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib:
"Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub. Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşib, huşunda aydınlaşmışma müşahidə olunub. Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir", - deyə vurğulanıb.
Azvision.az
Teqlər: BSM Xəstəxana Rəmiş Gitaraçı