Oğurluq edən 12 nəfər tutuldu - FOTO
Polis əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat nəticəsində rayon ərazisində tikinti materialları və avadanlıqları oğurlamaqda şübhəli bilinən 3 nəfərdən ibarət daha bir dəstəni zərərsizləşdirilib. Belə ki, rayon sakinləri Bahadur Hacıyev, Eynur Məmmədov və Natiq Məmmədov əvvəlcədən planlaşdıraraq rayon ərazisindəki yaşayış olmayan fərdi yaşayış evlərindən birinə qeyri-qanuni yolla daxil olaraq oradan döşəmə üçün örtük, elektrik ağac mişarı, naqil və s. tikinti ləvazımatlarını oğurlayıblar. Həmin şəxslər oğurladıqları əşyaları satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri-Əlixan Qasımov və Elçin Əsgərovun Şəmkir rayon ərazisində qara metal alqı-satqısı ilə məşğul olan zaman, vətəndaşlara məxsus metal tərkibli müxtəlif əşyaları oğurdaqları məlum olub. Maddi sübutlarla birlikdə saxlanılan Ə. Qasımov və E. Əsgərov istintaqa təhvil verilib. Hər 3 faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: DİN