Tovuz rayonunun Xatınlı kəndində ümumi sahəsi 130 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü, birinci mərtəbəsində bir otağa yığılan 1,5 ton ot bağlamasının 0,5 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.