201 nəfər sağaldı, 115 yeni yoluxma qeydə alındı

201 nəfər sağaldı, 115 yeni yoluxma qeydə alındı
  06 Fevral 2021    Oxunub:3601
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 201 nəfər müalicə olunaraq sağalıb, 115 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 231 min 22 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 224 min 961 nəfər müalicə olunaraq sağalıb, 3156 nəfər vəfat edib. Aktiv xəstə sayı 2905 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 446 min 300 test aparılıb. Bugünkü test sayı isə 6582-dir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti