Halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edildi

Halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edildi
  07 Fevral 2021    Oxunub:2093
Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Mənzil   Kömək  





Xəbər lenti