FHN: Dünən 7 nəfər xilas edilib, bir meyit aşkarlanıb

 FHN:  Dünən 7 nəfər xilas edilib, bir meyit aşkarlanıb
  08 Fevral 2021    Oxunub:2095
Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 7 nəfər xilas edilib, bağlı qapı arxasında qalmış 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Belə ki, Bakı şəhərinin Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Babayev Zülfü Cəmaləddin oğlunun meyiti aşkarlanıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti