“Muğam ocağı”nda şənlik keçirənlər cəzalandırıldı
Fevralın 2-də xüsusi karantin rejim qaydalarını pozaraq ətriyyat şirkətlərindən birinin bir qrup əməkdaşı toplaşaraq, “karantin rejiminin bitməsi bayramı” adı altında şənlik keçiriblər.
Restoranın icarədarı və xidmət personalı ilə profilaktik söhbətlər aparılıb, karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) protokol tərtib edilib. Qanunvericiliyə uyğun olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində 200 manat məbləğində inzibati tənbeh tədbirləri tətbiq olunub.
Azvision.az
Teqlər: DİN