Üç nəfərdən sənədsiz silah götürüldü

Üç nəfərdən sənədsiz silah götürüldü
  10 Fevral 2021    Oxunub:1786
Daxili İşlər Orqanları tərəfindən qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində İncə kənd sakini Ə.Rüstəmovdan müvafiq sənədləri olmayan “TOZ-61” markalı tüfəng aşkar edilərək götürülüb.

Samux RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini B.Hüseynovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Laçın rayon sakini C.Quliyevdən müvafiq sənədləri olmayan “İJ-20” markalı tüfəng aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti