Keçmiş məhkum heroinlə saxlanıldı

Keçmiş məhkum heroinlə saxlanıldı
  10 Fevral 2021    Oxunub:1813
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində qətiyyətli mübarizə tədbirlərini uğurla davam etdirirlər.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 460 qram heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti