Əməkdar artist vəfat edib
Qeyd edək ki, Əlican Süleyman oğlu Əzizov 1952-ci il fevralın 23-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirib. 1975-1996-cı illərdə Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Aktyorun "Vaqif" (S.Vurğun) tamaşasında Vidadi, "Aydın"da (C.Cabbarlı) Dövlət bəy, "Almaz"da (C.Cabbarlı) Fuad və s. rolları maraqla qarşılanıb.
1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya teatrında yaradıcılıq fəaliyyətini davam etdirən Əlican Əzizov N.Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşalarda İsgəndər, Bəhram, Çoban, Fərhad obrazlarını yaradıb, "Xeyir və Şər", "Gül və Zəhər" və s. tamaşaların quruluşçu rejissoru olub.
Aktyor, həmçinin “Azərbaycanfilm”in istehsalı olan "Süd dişinin ağrısı", "Dairə", "Şahid qız" filmlərində çəkilib.
Əlican Əzizovun sənət fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib. Aktyor 2000-ci ildə Əməkdar artist fəxri adına, 2006-cı ildə Prezident mükafatına layiq görülüb.
Azvision.az
Teqlər: Əməkdar-artisti Aktyor