Ağdaş sakinləri silahlarını polisə təhvil verdilər

Ağdaş sakinləri silahlarını polisə təhvil verdilər
  12 Fevral 2021    Oxunub:2446
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Qaradağlı kənd sakini Cavanşir Babayevdən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmçinin, aparılan profilaktik tədbirlər nəticəsində Ağzıbir kənd sakini İslam Xəlilov və Kotavan kəndində yaşayan Famil Əhmədov qanunsuz olaraq saxladıqları “TOZ” markalı odlu silahlarını könüllü olaraq Polis Şöbəsinə təhvil veriblər.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti