Universitetdən intihar edən tələbə ilə bağlı açıqlama

Universitetdən intihar edən tələbə ilə bağlı açıqlama
  14 Fevral 2021    Oxunub:2835
Bu gün Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ramil Axundov intihar edib. Gəncin hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.
Hadisə ilə bağlı KİV-də yayılan məlumatlarda onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi və filialın TGT sədri olması qeyd edilib.

Məsələ ilə bağlı Azvision.az -a açıqlama verən ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun əməkdaşı Cavid Hüseynov bildirib ki, yayılan məlumatlar əsassızdır və gənc ADPU-nun Ağcabədi filialının yox, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi, həmin kollecin TGT sədri olub:

"Hazırda ADPU-nun Ağcabədi filialının TGT sədri postu sabiq sədr Eltac Fərzəliyev 2020-ci ilin iyulunda təhsilini bitirib həqiqi hərbi xidmətə yollanandan sonra hələ ki, boşdur".

Azvision.az


Teqlər: İntihar  





Xəbər lenti