“Uşaqlar hərfləri 3-4 yaşından öyrənə bilər” - Emin Əmrullayev

 “Uşaqlar hərfləri 3-4 yaşından öyrənə bilər” -  Emin Əmrullayev
  15 Fevral 2021    Oxunub:2603
Biz alətlərlə məqsədləri qarışdırmamalıyıq. Məqsədyönsüz internetdən istifadə şagirdləri irəli aparmır. Məqsədyönlü istifadə şagirdləri irəli aparır, riyaziyyat, dil bacarıqları yaxşılaşır.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

Nazir bildirib ki, uşaqları kompüterin zərərlərinə, gözə zərərinə görə uzaq salmaqla ona daha çox ziyan vurmuş olarıq.

“Bunu təhsillə müqayisə edim. Mərkəzləşdirilmiş imtahanlar həm faydalıdır, həm də zərərlidir. Müəllimlərin işə qəbulu imtahanı şəffaflıq yaradır, korrupsiya hallarını aradan qaldırır, rəqabət yaradır, amma müəllimi öz kəndinə, məktəbinə göndərə bilməməyimiz, fərdi yanaşmanın olmaması baxımından zərərlidir. Lakin bu proses məncə faydalıdır. Nə vaxtsa zərərləri faydalılığından çox olarsa, onu saxlamaq mümkün olmayacaq. Texnologiyalar isə faydalıdır və biz onları məktəbə gətirməliyik”.

Təhsil naziri qeyd edib ki, bu gün evlər texnologiyalar baxımından fərqlənir: “Bu gün mən “touch screen”lə ilk təmasımı xatırlayıram. Amma bizim övladlarımız bunu xatırlamayacaq. Onlar texnologiyalar əsrində doğulur və evlərində texnologiyalar var. Bizim valideynlər bəzi hallarda öz uşaqlarından az nəticə gözləyirlər. Məsələn, deyirlər ki, uşaqlar 6 yaşından hərfləri öyrənə bilərlər?. Uşaqlar hərfləri 3-4 yaşından da öyrənə bilər. Düzdür oxuya bilmir, amma rəqəmləri, hərfləri tanıya bilir. Texnologiya isə bunu bir az da sürətləndirir. Əziyyət olar deyə, uşağın öyrənməsinin qaşrısını almaq zəruri olmayan qayğı məsələsidir. Texnologiyanın yaxşı və pis olması məsələsini yəqin ki, yaxın 10 illiklərdə görəcəyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti