“İnsanlar bunu səhv başa düşürlər” - Nazirdən açıqlama

 “İnsanlar bunu səhv başa düşürlər” -  Nazirdən açıqlama
  15 Fevral 2021    Oxunub:4796
Vətənpərvərlik mövzusu, dilə olan sevginin gündəmdə qalması, sıxışdırılıb çıxarılmaması vacibdir.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. Onun sözlərinə görə, bunun üçün ailədə və məktəbdə ayrılan saatlar önəmlidir.

“Valideynlər öz uşaqlarına oxuyub-oxumamalarını, diplomun olub-olmaması sualını verməmələridir. Məsələ diplomda deyil, onun nəyi bacarması, səriştələrinin, dəyərlərinin nə olmasıdır. Bu uşaq dürüstdürmü, bacarıqlıdırmı? Özünün üzləşdiyi problemi müstəqil həll edir, yoxsa kimsə onun yerinə edir? Dəyərlər, bacarıqlar və biliklər vacibdir. Hərdən bilikdən bacarığa keçməyin vaxtıdır. İnsanlar bunu səhv başa düşürlər ki, daha bilməyə ehtiyac yoxdur. İnsan nəyisə bilməklə yanaşı, onu həm də bacarmalıdır. Dərsliklərdə hərf səhvi tapıb sosial şəbəkəyə qoymaq asandır. Dərsliyin mahiyyəti ondan ibarətdir ki, bu minimaldır. Yəni onun internetə çıxışı yoxdursa, heç olmazsa dərsliklərdə materialı öyrənsin. Biz dərsliyin görünməyən tərəflərini qeyd etmək istəyirik, lakin bizimlə onun görünən tərəfi danışılır, hərf səhvi axtarılır. Dərslikləri insanlar yazır və səhv ola bilər. İl ərzində 300-ə qədər dərslik cildindən istifadə ediriksə və hər biri 100 səhifədən artıqdırsa, orada 5-6 səhv olacaq. Dərsliyin mahiyyətini eşitməyə daha maraqlıyıq. 60-cı illərdən bu yana qədər tədris planlarımıza informatika fənni əlavə edilib. Ondan sonra digər fənlərdə adlar dəyişib. Məzmun da demək olar ki, eynidir”, - deyə nazir vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dərslik  





Xəbər lenti