“Ən böyük virtual məktəb Azərbaycandadır” - Təhsil naziri

 “Ən böyük virtual məktəb Azərbaycandadır” -  Təhsil naziri
  15 Fevral 2021    Oxunub:2650
Azərbaycanın “Microsoft” sistemində qurduğu virtual məktəb böyükdür. Bundan böyük heç bir ölkədə belə vahid virtual məktəb yoxdur. Ayrı-ayrı məktəblər nəsə edib, amma vahid təhsil yoxdur
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. Onun sözlərinə görə, milli təhsil sistemi olaraq vahid platformada şagirdlərin bir araya gətirilməsi, əlaqənin qurulması baxımından Azərbaycan təhsili 11 ayda vacib nəticə əldə edib.

“Azərbaycanda təhsil yaxşı fürsətdir” | Xarici tələbə
“Bu, Azərbaycan müəlliminin, şagirdinin, valideyninin uğurudur. 1 milyondan artıq insanın bir şəbəkədə olması bizə onları dəyərləndirməyə imkan verir. Məsələn, nazirlik əməkdaşının müəllimi izləmək üçün 70 km getməyə ehtiyac yoxdur. 70 faiz müəllimin dərsi bizdə var, onlar izlənilsə bizdə yeni üfüqlər yaranır. İxtisasartırma təlimləri, müəllim hazırlığının yeni meyarları yaranır və şagirdlərin davranışını izləmək imkanı olur. Bu davranışın elektron ölçülə bilən kəmiyyət göstəriciləri əlimizdə olur”.

Məsələnin psixoloji tərəfləri olduğunu qeyd edən nazir bildirib ki, Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı qələbə ölkə təhsili üçün yeni üfüqlər açır.
“Bu artıq rəqəmsallaşma deyil, mənəvi bölmədir. Təhsil işçimiz, müəllimiz yeni reallıqla üz-üzədir. Qələbə qazanmış xalqın müəllimi kimi şagirdə tədris prosesi qurur. Biz bunlardan da faydalanmağı düşünürük. Qələbədən sonra yeni nəslin formalaşması üçün zərurət yaranıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Dərs   Məktəb  





Xəbər lenti