Paytaxt sakinindən tapança götürülüb

Paytaxt  sakinindən tapança götürülüb
  16 Fevral 2021    Oxunub:1760
Bakı şəhər sakinindən qanunsuz silah götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyatı daxil olmuş məlumat əsasında Səbail Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini R.Abdullayevdən xaricdə istehsal edilmiş “Star Lancer HK” markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti