Nazirlikdən 16 milyonluq mebel açıqlaması

Nazirlikdən 16 milyonluq mebel açıqlaması
  16 Fevral 2021    Oxunub:2236
"Bir sıra sosial media istifadəçiləri təəssüflər olsun ki, 2020-ci ildə Təhsil Nazirliyinə alınan mebel avadanlıqlarının məbləği ilə bağlı həqiqətə uğyun olmayan böhtan xarakterli məlumatlar səsləndirirlər".
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bununla bağlı vaxtilə sosial mediada yer alan yanlış sualları cavablandırıblar:

"Eyni zamanda bu yalan məlumatlar hələ də tirajlanır. Cəmiyyətdə bu tip yalan məlumatların qəsdən yayılması və ictimai diqqətin yanlış istiqamətə yönəldilməsi təssüf doğurur. Bir daha xatırlatmaq istərdik ki, 2020-ci ildə Təhsil Nazirliyinin aparatının mebel alışı 16 1109.04 (on altı min doqquz manat dörd qəpik) təşkil edib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Mebel  





Xəbər lenti