Bakıda iki nəfər köməksiz vəziyyətdə qaldı

Bakıda iki nəfər köməksiz vəziyyətdə qaldı
  18 Fevral 2021    Oxunub:1916
Bakı şəhərinin Nəsimi rayonunda biri azyaşlı olmaqla 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Azvision.az


Teqlər: FHN   Mənzil  





Xəbər lenti