ASCO Xəzəri tullantılardan təmizləyir
Məlumata görə, bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 159,8 kubmetr çən dibində formalaşmış neftli şlam, 10,119 ton yanmış qəlib qumu, 1473,15 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 75428,84 ton məişət çirkab suyu, 1308 ton neftli döşəməaltı-lyal su, 175,755 ton sürtgü yağı, 4968,502 kubmetr məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 1352,2 kubmetr qida qalığı, 315,2 kubmetr polimer əsaslı və plastmas tullantı, 126,31 kubmetr yağlı və neftli tullantı, 117,85 kubmetr müxtəlif rezin tullantı, 43 ədəd akkumulyator və qalvanik element, 663,04 kubmetr istismar tullantı, 15,408 kubmetr elektron tullantı, 8,57 kubmetr tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.
“Ötən il ümumilikdə 1 866,106 ton silinmiş qara metal, 17,965 ton əlvan metal isə təkrar emala göndərilib”, - məlumatda qeyd edilib.
Azvision.az