Ötən ildən bağlı qalan oğurluğun üstü açıldı

Ötən ildən bağlı qalan oğurluğun üstü açıldı
  19 Fevral 2021    Oxunub:1831
2020-ci il noyabrın 11-də Quba rayonu ərazisində yerləşən qum-çınqıl karxanalarının birində işləyən S.Davudov Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək iş otağında olan çantasından balansında 2 051 manat pul olan plastik kartının naməlum şəraitdə oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a bildiirlib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisə Siyəzən rayon sakini Pərviz Qubatov tərəfindən törədildiyi müəyyən edilib və hazırda həmin şəxsin Oğuz rayonu ərazisində yerləşən şirkətlərin birində işlədiyi dəqiqləşdirilib.

Quba və Oğuz RPŞ-nin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat tədbirləri ilə P.Qubatov işlədiyi məntəqədə saxlanılaraq istintaqa təqdim olunub.

Dindirilmə zamanı o törətdiyi oğruluq əməli etiraf edərək, kartda olan 2051 manat pulu digər rayonların ərazisində yerləşən bankomatlardan çıxararaq xərclədiyini bildirib.

Faktla bağlı P.Qubatov barəsində Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti