Göyçay Rayon Prokurorluğundan
Azvision.az -a verilən məlumata görə, istintaqla Göyçay şəhəri Heydər Əliyev küçəsində yerləşən “Əsgəroğlu” adlı marketi işlədən Xəlilov Ruslan Xalis oğlunun fevralın 18-də saat 11 radələrində mağazaya borcu olan və bununla bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə nəticəsində Polad Salehova bıçaqla vuraraq xəsarət yetirməsinə, sonuncunun almış olduğu xəsarətdən xəstəxanada vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ruslan Xəlilov 19 fevral 2021-ci il tarixdə Göyçay şəhəri ərazisində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az