Ağsuda yas mərasimi təşkil edənlər cərimələndi

Ağsuda yas mərasimi təşkil edənlər cərimələndi
  22 Fevral 2021    Oxunub:1170
Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb və xüsusi karantin rejimi qaydalarını pozduqları üçün 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti