Buğda idxalı daha 3 il ƏDV-dən azad edildi

   Buğda idxalı daha 3 il ƏDV-dən azad edildi
  23 Fevral 2021    Oxunub:1932
Azərbaycana buğda idxalı daha 3 il ƏDV-dən azad edilib.
Azvision.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilir. Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.

Qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Buğda   İdxal   ƏDV  





Xəbər lenti