Dalğanın hündürlüyü 2.3 metrə çatıb - Faktiki hava

   Dalğanın hündürlüyü 2.3 metrə çatıb -    Faktiki hava
  23 Fevral 2021    Oxunub:2478
Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Xidmətdən Azvision.az -a bildirilib ki, fevralın 23-ü saat 17:00-a olan məlumatına əsasən ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.

Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağıntılı olub, qara keçib. Bakıda hazırda yağış yağır.

Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Azvision.az


Teqlər: Faktiki-hava  





Xəbər lenti