Xəzərdə dalğanın hündürlüyü 4,8 metrə çatıb

 Xəzərdə dalğanın hündürlüyü 4,8 metrə çatıb
  24 Fevral 2021    Oxunub:2021
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a bildirilib ki, fevralın 23-ü saat 23:00-a olan məlumata əsasən, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır.

Qərb küləyinin sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23, Hacıqabul 20, Gəncə, Tovuzda 18, Sabirabad , Yevlaxda 17, Tərtər, Ağdam, Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19, Sumqayıt, Qum adasında 18, Neft daşlarında 21 m/s- dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Azvision.az


Teqlər: Hava   Külək   Qar  





Xəbər lenti