7 minə yaxın şagird üçün milli qiymətləndirmə keçiriləcək

7 minə yaxın şagird üçün milli qiymətləndirmə keçiriləcək
  01 Mart 2021    Oxunub:2771
Martın 5-12-si III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirmə təşkil ediləcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunacaq. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Azvision.az


Teqlər: Şagird   Məktəb  





Xəbər lenti