Samux sakini həmkəndlisini bıçaqlayıb öldürdü

 Samux sakini həmkəndlisini bıçaqlayıb öldürdü
  02 Mart 2021    Oxunub:2196
Martın 1-də saat 13 radələrində Samux rayonu, Sərkar kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Elşən Rövşən oğlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Samux Rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Həsənov Vüqar Adil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elşən Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüqar Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Azvision.az


Teqlər: Prokurorluq   Qətl  





Xəbər lenti