Ötən il 795 cinayət işinin istintaqı yekunlaşdırılıb

Ötən il 795 cinayət işinin istintaqı yekunlaşdırılıb
  02 Mart 2021    Oxunub:1040
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu günün rəqəmi isə 795-dir. Belə ki, 2020-ci il ərzində prokurorluq orqanları tərəfindən 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti