Bakıda ödəmə terminalından 3500 manat oğurlandı

Bakıda ödəmə terminalından 3500 manat oğurlandı
  02 Mart 2021    Oxunub:1190
Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki mağazaların birindən 306 manat, oradakı “E-manat” ödəmə terminalından isə 3 510 manat pul oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov və Ağdaş rayon sakini R.Hümbətov saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Oğurluq  





Xəbər lenti