Bərdə polisi əməliyyat keçirdi - Saxlanılanlar var
Məlumatla əlaqədar olaraq polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində özgəsinə məxsus avtomobili qaçıran şəxsin Bərdə rayon sakini Səməd Bayramov olduğu müəyyən edilib. S.Bayramov Mingəçevir şəhəri ərazisində avtomobillə birgə saxlanılaraq istintaqa təqdim edilib.
Bərdə RPŞ-nin keçirdiyi digər tədbirlərlə Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinin tövləsindən oğurluq edən şəxs də saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Elgiz Musayev olduğu müəyyən edilib və 1 baş iribuynuzlu heyvan oğurlamaqla həmkəndlisinə 1500 manat miqdarında ziyan vurduğu məlum olub.
Həyata keçirilən digər tədbirlərlə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Elçin Sadıqov saxlanılıb. Araşdırmalarla onun dələduzluq edərək vətəndaşlara 1 000 manatdan artıq ziyan vurduğu bəlli olub.
Bundan əlavə keçirilən tədbirlərlə daha bir dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə axtarışda olan Kəlbəcər rayon sakini Qoşqar Rəhimovun yeri müəyyən edilərək aidiyyatı üzrə təhvil verilib.
Həmçinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində fevral ayının 28-də itkin düşmüş şəxs tapılıb.
Belə ki, Bərdə rayon sakini Y. R tapılaraq yaxınlarına təhvil verilib.
Azvision.az