Peyvənd olunmaq istəməyən müəllimləri nə gözləyir?

   Peyvənd olunmaq istəməyən müəllimləri nə gözləyir?
  03 Mart 2021    Oxunub:6306
Təhsil işçilərinin vaksinasiyası könüllüdür.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, peyvənd olunmaq istəməyən müəllimlərə qarşı hər hansı inzibati tədbirin görülməsi nəzərdə tutulmur.

M.Vəliyeva vurğulayıb ki, hər kəs vaksinasiyanın əhəmiyyətini başa düşməli və dezinformasiyalara fikir verməməlidir.

O, həmçinin əlavə edib ki, məktəblərdə əyani tədrisin dayandırılmaması üçün karantin rejiminin qaydalarına əməl olunmalı və insanlar vaksinasiyadan keçməlidir.

Azvision.az


Teqlər: Müəllim   Vaksinasiya  





Xəbər lenti