Naxçıvanda karantin dövründə 1489 cütlük evlənib

 Naxçıvanda karantin dövründə 1489 cütlük evlənib
  04 Mart 2021    Oxunub:2989
2020-ci ildə muxtar respublikada 1489 nikah bağlanıb, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28,6, qadınlarda isə 24,3 yaş təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2011-ci ildən 1 yanvar 2021-ci il tarixədək muxtar respublikada 27,8 min nikah qeydə alınıb. 1 yanvar 2021-ci il tarixə muxtar respublikada gənclərin sayı 142,2 min nəfərə çatıb ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Nikah   Gənc  





Xəbər lenti