Şamaxıda 7 evdən oğurluq edən tutuldu
Araşdırma zamanı həmin şəxsin yanvar və fevral ayları ərzində Çarhan kəndi ərazisində daha 6 evdən oğurluq etdiyi məlum olub. Belə ki, Ruslan Mahmudovun ev sahiblərinin evdə olmamasından istifadə edərək həmin ünvanlara daxil olduğu, ümumi dəyəri 5000 manata yaxın olan müxtəlif məişət əşyaları və elektrik kabelini oğurladığı müəyyən edilib.
O, oğurladığı əşyaların bir qismini satıb, digərləri isə polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: DİN