Vəkillər Kollegiyasına üzv olmaq istəyən 159 nəfər ikinci mərhələyə keçdi

Vəkillər Kollegiyasına üzv olmaq istəyən 159 nəfər ikinci mərhələyə keçdi
  05 Mart 2021    Oxunub:3386
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2021-ci il martın 5-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 280 namizəd qeydiyyatdan keçib. 9 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 271 namizəddən 159 nəfər 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apelyasiya komissiyası 9-11 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti