Tokio Olimpiadası yenidən təxirə salınmayacaq

Tokio Olimpiadası yenidən təxirə salınmayacaq
  06 Mart 2021    Oxunub:4125
Tokio Yay Olimpiya Oyunlarının yenidən təxirə salınması mümkün deyil.
Azvision.az xəbər verir ki, bunu Tokio Olimpiadasının təşkilat komitəsinin baş katibi Toşiro Muto deyib.

O, oyunların iyul ayında keçirilməsinin son mümkün variant olduğunu söyləyib.

Son aylarda aparılan çoxsaylı sorğulara görə, Yaponiya sakinlərinin böyük əksəriyyəti yeni koronavirusun yayılması səbəbindən bu yay Tokioda keçiriləcək Olimpiya Oyunlarına qarşı çıxır. “Asahi” nəşri tərəfindən yanvar ayında aparılan sorğuya görə, ölkə sakinlərinin ən azı 86 faizi oyunların keçirilməsini istəmir.

Xatırladaq ki, Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.

Azvision.az


Teqlər: TokioOlimpiadası  





Xəbər lenti