Kürdəmir sakinindən tüfəng götürüldü

Kürdəmir sakinindən tüfəng götürüldü
  06 Mart 2021    Oxunub:2814
Kürdəmir rayon sakinindən qanunsuz ov silahı götürülüb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyatı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində Qarasu kənd sakini X.Quliyevdən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Tüfəng  





Xəbər lenti