İki ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı

   İki ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
  08 Mart 2021    Oxunub:2421
31 yanvar 2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN   Kür   Xilasetmə  





Xəbər lenti