Naxçıvanda 7390 qadın sahibkarlıqla məşğul olur

Naxçıvanda 7390 qadın sahibkarlıqla məşğul olur
  08 Mart 2021    Oxunub:982
Muxtar respublikada davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin artırılmasında və sosial rifahın yüksəldilməsində qadınlarımızın xüsusi rolu vardır.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən bildirilib.

Məlumata görə, hazırda muxtar respublikada 7390 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur ki, bu da ötən illə müqayisədə 723 nəfər çoxdur.

Son illər ərzində muxtar diyarımızda yüzlərlə yeni ailə təsərrüfatları formalaşıb. Ailə təsərrüfatlarının genişləndirilərək sahibkarlıq subyektlərinə çevrilməsi istiqamətində ötən müddət ərzində muxtar respublikada 1040 ailə təsərrüfatı qeydiyyata alınıb ki, bunun da 79-u qadınlar tərəfindən idarə olunur.

Muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, muxtar respublika qadınlarının 170-i Azərbaycan Respublikasının, 181-i isə Naxçıvan Muxtar Respublikasının fəxri adına və mükafatına layiq görülüb, 153 qadın orden, medal və nişanlarla təltif olunub.

Azvision.az


Teqlər: Naxçıvan   Qadın   Sahibkarlıq  





Xəbər lenti