Onun üzərinə baxış zamanı 47 qram qurudulmuş marixuana, 36 qram heroin, 30 qram psixotrop maddə metamfetamin, 10 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbi aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Arif Zeynalovun Xətai rayonunda yaşadığı evdən əlavə 4 kiloqram 700 qram heroin, 1 kiloqrama yaxın metamfetamin, 980 qram marixuana, 193 qram tiryək, 940 qram həşiş qətranı, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi 24 000 ABŞ dolları aşkar edilib.
Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
DİN: "Borclu şəxs kimi axtarılan 39 nəfər saxlanılıb" |
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə vətəndaş Aydan Həsənəlizadə saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış zamanı 50 qrama yaxın heroin, 10 qram metamfetamin, paytaxtın Nizami rayonuda yaşadığı evdən isə 1 kiloqram 395 qram heroin, 2 kiloqram 140 qram metamfetamin, 549 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik vasitələrin dövriyyəsində istifadə edilmiş plastik kart aşkar edilib. Aydan Həsənəlizadə ifadəsində külli miqdarda narkotik vasitələri xarici ölkələrdən birinin vətəndaşının ona satmaq məqsədi ilə göndərdiyini bildirib.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Firdovsi Abdullayev narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 28 qram, Səbail rayonunda yaşadığı mənzildən isə 470 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Beləliklə, Baş İdarə əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azvision.az