“Şagirdlərin intiharı bizi dərindən kədərləndirir” - Təhsil naziri

   “Şagirdlərin intiharı bizi dərindən kədərləndirir” -    Təhsil naziri
  10 Mart 2021    Oxunub:4552
Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında intihar edən məktəblilərlə bağlı paylaşım edib.
Azvision.az xəbər verir ki, nazir hadisədən kədərləndiyini bildirib:

“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”

Xatırladaq ki, bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. İntihar edən 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı sinif yoldaşı olublar.

Azvision.az


Teqlər: Nazir   İntihar  





Xəbər lenti