Gəncədə intihara cəhdin qarşısı alınıb

Gəncədə intihara cəhdin qarşısı alınıb
  11 Mart 2021    Oxunub:2939
Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az


Teqlər: FHN   İntihar  





Xəbər lenti