Ötən il 628 saxta pul aşkarlanıb

Ötən il 628 saxta pul aşkarlanıb
  11 Mart 2021    Oxunub:1611
2020-ci il ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) 628 ədəd saxta milli pul nişanları aşkar edib ki, bu da 2019-cu il ilə müqayisədə 29,4% azdır.
Azvision.az -ın AMB-yə istinadən verdiyi məlumata görə, 2006-2020-ci illərdə ən çox saxtalaşdırılan əsginas 1 AZN olub (2 828 ədəd). Daha sonra 5 AZN (2 352 ədəd), 100 AZN (1 311 ədəd), 20 AZN (1 129 ədəd), 50 AZN (574 ədəd) və 10 AZN (555 ədəd). 200 manatlıq pul nişanının saxtalaşdırılması faktına hələ rast gəlinməyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azvision.az


Teqlər: AMB   Saxta-Pul  





Xəbər lenti