Bakıda narkotacirlər tutuldu
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 1 kiloqram heroin, 185 qramdan artıq metamfetamin, 75 qramdan artıq tiryək, 29 ədəd metadon və 1 ədəd elektron tərəzi götürülüb.
Digər əməliyyatla isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Şirinov Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin və 5 qrama yaxın metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə baxış zamanı orada əlavə olaraq 1 kiloqram 29 qram heroin, 375 qram metamfetamin və 1 ədəd elektron tərəzi olduğu müəyyənləşib.
Azvision.az