Azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı

Azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı
  12 Mart 2021    Oxunub:1090
Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərinə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Füzuli rayonunun işğaldan azad olunmuş Horadiz kəndinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri Ş.Süleymanov, S.Hüseynov və A.Alışov olmaları müəyyən edilib.

Adıçəkilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti