Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Azvision.az -a bildirilib ki, RPİ-nə mart ayının 1-də bir nəfər maskalı, naməlum şəxsin əlində çapacaqla şəhər ərazisindəki çörək bişirmə məntəqələrindən birinə basqın edərək, oradakı pul kassasından 95 manat pulu götürərək hadisə yerindən uzaqlaşması barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz İsmayılov saxlanılıb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticə M. İsmayılovun daha bir analoji cinayət hadisəsini törətməsi aşkar edilib.
Belə ki o, mart ayının 8-də əlində eyni çapacaq və oyuncaq tapança ilə şəhər ərazisindəki marketlərdən birinə yaxınlaşaraq satıcıdan pul tələb etmiş, lakin satıcının müqaviməti ilə qarşılaşdıqda hadisə yerindən qaçaraq uzaqlaşıb.
34 yaşlı Mübariz İsmayılov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən M. İsmayılov barəsində ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Azvision.az