DİN: "Borclu şəxs kimi axtarılan 39 nəfər saxlanılıb" |
Onlar ifadələrində cibgirlik yolu ilə əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaların içində olan sənədləri və bankomat kartlarını yandırdıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarının qeyd ediblər. Saxlanılan zaman Z. Zolotoryevanın üzərindən əlavə olaraq 1 büküm psixotrop maddə olan metamfetamin də aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Tural Həsənov cibgirlik etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.
Əldə edilən kamera görüntülərindən və T. Həsənovun ətrafında aparılan əməliyyat tədbirlərindən sonra müəyyən edilib ki, bu şəxs paytaxt ərazisində son bir neçə ay ərzində ictimai nəqliyyatlarda, dayanacaqlarda 14 nəfərin cibindən, həmçinin əl çantasından pul, bank kartları və sənədlər oğurlayıb. Qeyd edək ki, T.Həsənov saxlanılan zaman onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin də aşkar edilib. Aşkar edilən faktlarla bağlı saxlanılan şəxslərin ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Z. Zolotoryeva, Ş.Bəşirov və T.Həsənovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə Bakı şəhər Baş Polis İdarəsi və ya “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.
Azvision.az