Naxçıvanda Ahıllar Evində vaksinasiya aparılıb - FOTO

Naxçıvanda Ahıllar Evində vaksinasiya aparılıb -    FOTO
  13 Mart 2021    Oxunub:2862
Muxtar respublikada COVID-19 xəstəliyinə qarşı vaksinasiya tədbirləri davam etdirilir.
Azvision.az xəbər verir ki, növbəti dəfə Şahbuz şəhərində yerləşən ahıllar evinin sakinləri və xidmət heyəti vaksinasiya olunub

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində də ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Xüsusi işçi qrupu tərəfindən həyata keçirilən peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan şəxslərə vurulur. Şahbuz şəhərində yerləşən Ahıllar Evinin 5 sakini və 32 xidmət heyəti də vaksinasiyaya cəlb edilib.

Qeyd edək ki, 28 gündən sonra Ahıllar Evində yeni növ koronovirus infeksiyasına qarşı ikinci doza peyvəndləmə aparılacaq.





Azvision.az


Teqlər: Naxçıvan   Vaksinasiya  





Xəbər lenti