Məhkəmə Ata Abdullayevin həbsinə qərar verdi

 Məhkəmə Ata Abdullayevin həbsinə qərar verdi
  14 Mart 2021    Oxunub:4548
Səbail Rayon Məhkəməsində özünü videobloger kimi təqdim edən Ata Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Azvision.az xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A. Abdullayev barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A. Abdullayev bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunduğu bildirilir.

Azvision.az


Teqlər: Ata-Abdullayev   Məhkəmə  





Xəbər lenti