Hansı halda peyvənd vurdurmaq olmaz? - AÇIQLAMA
“Bu göstərişlər mütləq və nisbi olmaqla iki yerə bölünür. Mütləq odur ki, bəzi şəxslərə peyvənd vurdurmaq olmaz. Bu, vaksindən sonra ağır allergik reaksiyaların olması ilə bağlıdır. Belə hallar azdır. Nisbi əks göstərişlər isə şəxsin müəyyən xəstəliyi keçirməsi və ya xroniki xəstəliklərinin olması ilə əlaqədardır. Məsələn, bir insan infeksion xəstəlik keçirirsə, 2-4 həftə sonra peyvənd oluna bilər. Xroniki xəstəliklərin kəskinləşməsi dövründə peyvənd vurdurmaq olmaz. Onkoloji xəstələr aktiv müalicə aldıqları dövründə peyvəd etdirməməlidir. Amma adi həyatları zamanı vaksinasiyada iştirak edə bilərlər. Bu insanların müəyyən xəstəliklər zamanı immunitetləri düşdüyü üçün risk qrupunda olurlar və mütləq şəkildə peyvənd olunmalıdır”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Vaksinasiya Həkim